Azərbaycan-Özbəkistan münasibətləri yeni müstəvidə ŞƏRH

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, dövlət başçılarının birgə iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Prezident cənab İlham Əliyevin bir sıra mərasimlərdə iştirakı iki ölkə arasında münasibətlərin bugünki durumundan və gələcək perspektivlərindən xəbər verir.

Səfər zamanı keçirilmiş görüşlərdə dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsini müzakirə edildi. Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin Özbəkistanda böyük hörmət və ehtiramla, yüksək təntənə ilə qarşılanması, Ulu Öndər Heydər Əliyev adına parkın və büstün açılması ölkəmizə, xalqımıza, dövlət başçımıza diqqətin və səmimi münasibətin bariz nümunəsi kimi qiymətləndirmək olar. Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması çox önəmlidir. Bu münasibətlərin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhvələrdən biridir. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Könül İbrahimova

YAP Yasamal rayonu AMEA Fiziologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə