"Böyük Qayıdışa çox güclü hazırlıq işləri gedir" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu ermənilərin 30 illik işğalına son qoydu, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinə start verildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, erməni vandalları 30 il müddətində tarixdə misli görünməmiş vəhşilik edərək bu torpaqları darmadağın ediblər: "Sosial obyektləri, evləri, mənzilləri, infrastrukturu, ekologiyanı tamamilə məhv ediblər. Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir. Bu torpaqlarda müharibə bitdikdən bu günə kimi həyata keçirilən işlərin həcminə baxsaq, görərik ki, dünya tarixində heç bir dövlətdə müharibədən sonra bu qədər böyük yenidınqurma işləri görülməyib. Bu görülən işlərin hər biri Azərbaycanın öz gücü hesabınadır. Burada ilk növbədə infrastruktur layihələri həyata keçirilməyə başlandı, enerji təminatı, yeni nəqliyyat, avtomobil yolları, dəmir yolları çəkildi. Eyni zamanda bir sıra şəhərlərin baş planları təsdiqlənərək, Böyük Qayıdışın tərkib hissəsi olaraq fərdi evlərin, mənzillərin tikintisinə start verilib.

Digər bir tərəfdən əlbəttə ki, tarixi, dini, mədəni abidələrin qorunması və bərpa işləri həyata keçirilir. Bu işlərə də xüsusi olaraq birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər, layihələr həyata keçirilməkdədir. Dini abidələrin, məscidlərin, mədəni və tarixi abidlərin yenidən qurulması və bərpası işləri də çox sürətlə davam etdirilir. Bir sözlə Böyük Qayıdışa hazırlıq üçün bir sıra vacib işlər görülüb. Dövlət başçısının rəhbərliyi ilə Böyük Qayıdışa çox güclü hazırlıq işləri gedir. Bütün bunlar Prezident tərəfindən yürüdülən siyasətin məntiqi nəticəsidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...