Fərid Hacıyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü seçilib

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü seçilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilib.

Qeyd edək ki, parlamentin 5 üzvü Komissiyaya daxildir. Onlar Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyevdir.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə