Rusiya-Ukrayna münaqişəsi nə zaman bitəcək? - POLİTOLOQ AÇIQLADI

"Rusiya-Ukrayna arasında davam edən münaqişənin nə zaman bitəcəyi barəsində proqnoz vermək çətindir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var: "Səbəblərin biri də ondan ibarətdir ki, Rusiyanın müharibə aparmaq imkanları tükənməyib. Yəni Rusiya müharibəni davam etdirməyə israrlıdır. Həmçinin Ukrayna da müharibəni davam etdirmək fikrindədir. Çünki Ukrayna işğal edilmiş ərazilərini azad etmək istəyir. Müharibə hələ də davam edir. Təəssüflər olsun ki, müharibənin fəsadları getdikcə çoxalır. Bu səbəbdən tərəflər hər hansı bir sülh sazişini imzalamaqdan uzaqdır. Digər tərəfdən beynəlxalq ictimaiyyət də müharibənin dayandırılması ilə bağlı hər hansı bir səy göstərmir. Ona görə də təəssüflər olsun ki, müharibə hələ bir neçə ay davam edəcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...