23 iyun 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Vətən müharibəsi şəhidlərinin ata və anaları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Ucar “Came” məscidinin axundu Elnur Rəhimov, YAP rayon təşkilatı fəallarının böyük qrupu – rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, Ucar Gənclər Evi Sosial Xidmət Müəssisənin direktoru Elamin Dibirov və rəhbərlik etdikləri kollektivlərin üzvləri şəhid Hikmət İbrahimovun rayonun Qarabörk kənd qəbiristanlığında məzarını ziyarət etmiş,məzarın önünə çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları həmçinin Hikmət İbrahimovla eyni qəbiristanlıqda uyuyan Birinci Qarabağ müharibəsi şəhidləri – Abdullayev Maarif Nəzər oğlunun və Əhmədov Arif Güloğlan oğlunun məzarlarını ziyarət etmiş,məzarların önünə çiçəklər qoyulmuş,ruhularına dualar oxunmuşdur.
Daha sonra tədbir Hikmət İbrahimovun orta təhsil aldığı Qarabörk kənd tam orta məktəbdə davam etmişdir. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunmuşdur. Çıxış edənlər Vətən şəhidlərinin əziz xatirəsini daima uca tutacaqlarını vurğuladılar. Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. Atası Zaur İbrahimov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Hikmət İbrahimov ailədə bir qardaş,bir bacı olub. 2007-ci ildə Qarabörk kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2016-cı ildə 9-cu sinfini bitirmişdir. 25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.
Xidmətinin 4 ay 25-ci günündə--ömrünün 19 yaş,3 ay,27-ci günündə qismətinə ŞƏHİDLK ZİRVƏSİNƏ ucalmaq yazıldı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB