"Laçın şəhərinin Azərbaycana təhvil verilməsi həyata keçiriləcək" - POLİTOLOQ AÇIQLADI
"Ermənistan dövlətinin qeyd olunan istiqamətlər üzrə hərbi provokasiyalar həyata keçirməsi təsadüfi deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Laçın şəhərinin Azərbaycana təhvil verilməsi ilə bağlı müzakirələr gedir: "Artıq ermənilərin gediş-gəlişi üçün alternativ yol hazır vəziyyətə gətirilib. Bu da o anlama gəlir ki, ən qısa zamanda Laçın şəhərinin Azərbaycana təhvil verilməsi həyata keçiriləcək. Ermənistan isə bu prosesi sabotaj etmək üçün ənənəvi taktikalardan istifadə etməyə başlayıb. Onlar düşünür ki, bu cür hərbi avantüralarla həmin prosesi ləngitməyə nail olacaqlar. Məqsəd bundan ibarətdir.
Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə olduğu kimi indi də yanılır. Azərbaycanı bu cür hiyləgər təxribatlarla qorxutmaq, onu öz strateji hədəflərindən yayındırmaq mümkün deyil. Dövlətimiz bütün lazımi cavab tədbirləri həyata keçirmək gücündə və əzmindədir. Digər tərəfdən isə rəsmi İrəvan başa düşməlidir ki, o, 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməlidir. Əks halda Azərbaycan həmin bəynatın müvafiq müddəalarına yenidən baxmaq hüququnu özündə saxlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB