Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dönməklə Gəncə hadisələri zamanı qardaş qırğınının qarşısını almasaydı, bu gün Azərbaycanın ölkə kimi mövcud olması sual altında qalardı. Ölkə nəzarətdən çıxmışdı, idarəçilik sıfıra bərabər idi, xalq o zamankı siyasi hakimiyyəti qəbul etmir, faciəvi böhrandan çıxmaq üçün xalq ayağa qalxıb siyasi hakimiyyətin dəyişilməsini istəyirdi. 1993-cü ilin bu günləri dəhşətli tragedik durumlarla tarixə keçdi. Bu tragedik mövcud durumların qarşısını almaq üçün AXC hakimiyyəti hər vasitə ilə çıxış yolu axtarmağa çalışırdı amma çıxış yolunu tapa bilmirdilər. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, xalqımızın tarixini, bu gününü, dünənini özünə qaytardı, inamını artırdı: Azərbaycanın bütün bölgələrini gəzdi, mövcud Gəncə hadisələrində üsyançılarla danışığa getdi, onu görən hər kəs qarşısında aciz qalaraq silahı yerə qoyur, islah halda təslim olurdu. Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi öz sözünü deməkdəydi. Bütün ölkəni bürüyən qardaş qırğının qarşısını qətiyyətlə aldı. Xalqın bu ağır yükünü böyük məsuliyyətlə öz üzərinə götürən Heydər Əliyev, ölkənin tragedik anlarının qarşısını aldı. Özünün parlaq siyasi bacarığı, yüksək dövlətçilik təcrübəsi ilə qısa müddətdə Azərbaycan xalqını gözləyən bəlaları dəf etdi. Bütün bu şücaətini görən xalq, Heydər Əliyevin Prezident olmasını qətiyyətlə tələb etdi. Nəhayət 1993-cü ilin oktyabrında keçirilən Prezdent seçkilərində milyonlarla insanın yekdilliklə səsverməsi nəticəsində, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, onun sevdiyi bir Prezidenti oldu. Beləliklə Ölkə xilas oldu. Ölümlə çarpışan xalqımız artıq öz azadlığına, öz həqiqi müstəqilliyə qovuşmuşdu. 1991-ci ilin oktyabrın 18-də xalqımız müstəqillik qazansa da, bu müstəqillik tam simvolik bir xarakter daşıyırdı, çünki bir qurup səriştəsiz və nadan şəxslər ölkəyə rəhbərlik etməkdəydi, xalqı uçuruma atmaqdaydılar.

Təbii ki, Heydər Əliyevin Azərbaycana gəlişi bütün bunlara son qoydu, xalqımız həqiqi müstəqilliyini, həqiqi azadlığını qazandı. Məhs bununla da Azərbaycanın işıqlı gələcəyi, yenidənqurma dövrü başlandı. Xalqımızın xilası, müasir dövlətçiliyimizin yaranması Heydər Əliyevin qayıdışı ilə bağlıdır. Məhz onun yüksək dövlətçilik təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycan xilas oldu. Bugünkü müasir Azərbaycanın var olması Heydər Əliyevin xidmətlərinin nümunəsidir! Bu dövləti çətin və faciəli durumlardan xilas edib yenidən qurub yaradan dahi Şəxsiyyət, onu bütün Azərbaycan xalqına ərmağan etdi. Hər il xalqımız bu günü, 15 iyun tarixini, özünün Milli Qurtuluş günü kimi qeyd etməkdədir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının Sədri

Bütün xəbərlər Facebook səhifəmizdə