"Bu, iki xalq arasında mədəni əlaqələrin inkişaf edəcəyinə işarədir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfər etməsi iki ölkənin xalqları tərəfindən böyük rəğbət və sevinclə qarşılanıb. Özbəkistan Azərbaycanın qardaş və dost ölkə olması ilə yanaşı həmçinin strateji cəhətdən bir-birinə çox yaxən olan ölkələrdir. Xalqlarımız daim iki ölkə arasındakə qardaşlıöa və dostluğa hörmətlə yanaşıb və önəm verib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Prezidentin Özbəkistanda qonaqpərvərliklə qarşılanması, xüsusi olaraq hər iki dövlət başçısının Heydər Əliyev meydanının açılışında iştirak etməsi, 20-yə yaxın sənədlərin imzalanması, siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi bu münasibətlərə çox böyük töhfə verəcək: "Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə verdikləri bəyanatdan da bəlli oldu ki, bu münasibətlərin yeni dövrü başlayır. “Görüşlərdə də bəyan edildiyi kimi, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün hökumətlərə müvafiq tapşırıqlar verilib. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in imzalanması xüsusi önəm kəsb edir. Daha doğrusu, bu sazişlər ikiqat önəm kəsb edir. Birincisi, iki ölkə arasında əməkdaşlıq daha da dərinləşir, ikincisi isə Türk Dövlətləri Təşkilatı məkanında artıq hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr yeni, özü də strateji mərhələyə qədəm qoyur. Yəni göründüyü kimi artıq türk dünyasını əhatə edən ölkələr müxtəlif təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün öz güclərini birləşdirir, gələcəkdə mümkün təhlükələrdən sığortalanmaq üçün müvafiq addımlar atırlar”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, səfər zamanı dahi şairimiz Məhəmməd Füzulinin əlyazmalarından birinin Prezident İlham Əliyevə hədiyyə olunması da Azərbaycana, Azərbaycan xalqına və cənab Prezidentə böyük hörmətin və rəğbətin bariz nümunəsidir: "Həm bu, həm də cənab Şavkat Mirziyoyevin “Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi. İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb” sözləri iki xalq arasında tarixi keçmişə söykənən mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə bir işarədir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB