“Biz hüquqi, demokratik dövlətdə yaşayırıq. İqtidar tərəfindən həyata keçirilən siyasi, hüquqi məzmunlu islahatlar da demokratik cəmiyyətə xas olacaq institutların səmərəli və əlverişli şəraitdə fəaliyyətinə hesablanıb”. Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədrinin müavini, politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Azərbaycanda söz, ifadə azadlığı, sərbəst toplaşmaq hüququ və s. vətəndaşların hüquq və azadlıqları sırasında aid edilən hüquqlardırlar: “Siyasi plüralizm, tolerantlıq ölkədə siyasi mübarizədə gözlənilən dəyərlərdir. Ölkəmizdə çoxpartiyalı sistem mövcuddur və onların hüquqi müstəvidə fəaliyyətinə şərait və imkan yaratmaq dövlətin konstitusion öhdəliyidir. Bu baxımdan, müxalifətin hakimiyyətin həyata keçirdiyi siyasi və iqtisadi kursu tənqid etmək, alternativ proqramlarla çıxış etmək, öz sosial bazasını genişləndirmək, ictimai rəyə təsir imkanlarını günün tələbləri səviyyəsində qurmaq üçün mitinqlər keçirmək, etiraz aksiyaları vasitəsilə iqtidarla konstitusion qarşıdurmada siyasi dividentlər qazanmaq istəkləri anlaşılan və qanunudur, hətta bu aksiyalarda tələblər firqə maraqlarından kənara çıxmasa belə. Lakin ölkədə mövcud durumla bağlı vəziyyət iqtidarın da nəzarəti altındadır. Son vaxtlar ölkədə müşahidə olunan inflyasiya, istehlak bazarında qiymətlərin artımı, hökumət tərəfindən antinflyasiya tədbirlərinin keçirilməsinə baxmayaraq inflyasiyanın artım tempinin aşağı düşməməsi, gəlirlərin qeyri-bərabər şəkildə bölüşdürülməsində bəzi məmurların yol vermiş olduğu xətalar, kölgə iqtisadiyyatının udel çəkisinin hiss olunacaq dərəcədə azalmaması, Prezident İlham Əliyevin xəbərdarlıqlarına və qanunvericilik sahəsində görülən ciddi tədbirlərə baxmayaraq ayrı-ayrı iri ranqlı məmurların korrupsiyaya qurşanmaları ölkədə narazı elektoratın əhatə dairəsinin tədricən artmasına şərait yaratmışdır. Hazırkı durumu müxalifətin məlum kəsiyi ölkədə qarşıdurma yaratmaq, cəmiyyətdə radikal düşüncə tərzini gücləndirmə uçun əlverişli məqam kimi qiymətləndirirlər. Ölkədə məlum bahalaşmanın daxili səbəbləri ilə yanaşı, xarici faktorlar da var. Azərbaycan məlumdur ki, ölkənin ərzaq təhlükəsizliyinə, istehlak bazarının ehtiyaclarını ödəmək üçün məhsulların bir qismini idxal edir, burada isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı məhdudiyyətlər və problemlər də var. Müxalifətin məlum kəsiyi bunu bilir, lakin özünün korporativ maraqları naminə hər şeyi ölkə vətəndaşlarının nəzərinə anti-hökumət ampluasından çatdırır”.
E.Manafov onu da bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üçün yaratdığı digər müsbət irəliləyişlər də var ki, hökumət bu sahədə artıq işləyir: “Məsələn dövlət büdcəsi yenidən hesablanır, bu dəfə neftin bir bareli uçun 70 dollar olmaqla, halbuki ilin əvvəlində büdcə 50 dollara hesablanmışdı, şübhəsiz ki, yeni büdcə əhalinin əmək haqlarının, sosial təqaüdlərin artırılmasına yetərincə təsir göstərəcək, bu isə hökumətin əhalinin sosial müdafiəsini gücləndirmək üçün gördüyü tədbirlərdən olacaq, bundan əlavə Avropa rus qazı və neftindən asılılığını azaltmaq üçün Azərbaycan kimi dövlətlərlə əməkdaşlıq imkanlarını genişləndirəcək, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycanın logqstika, tranzit imkanlarının da genişlənməsinə səbəb olacaq ki, bütün bunlar da iqtidara yeni dividentlər, ölkə əhalisinin etimadının artmasını vəd edir. Odur ki, müxalifət tələsir, məlum iqtisadi, siyasi, geosiyasi mexanizmlərin işə düşməsinə qədər özünə xal toplamaq istəyir. Təəssüflə qeyd etmək lazımdır ki, dövlət və xalq üçün belə həlledici məqamda, Ermənistanla münasibətlərdəki problemlərin həlli ərəfəsində cəmiyyəti toparlamaq, Azərbaycana olan məlum təzyiqlərin qarşısında birgə duruş gətirmək uçun müxalifətin məlum kəsiyi zamanında sınaqdan çıxardığı ssenariyə cəmiyyəti parçalamaq və bulanıq suda yenidən balıq tutmaq arzusuna müraciət etməyi qət edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB