Aİ Rusiyaya qarşı sanksiyalara nə zaman son qoyacaq? - POLİTOLOQ MÖVQE BİLDİRDİ

Aİ Rusiyaya qarşı sanksiyalara nə zaman son qoyacaq? - POLİTOLOQ MÖVQE BİLDİRDİ

“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzun müddət davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar tez bir müddətdə dayanmaq üçün həyata keçirilmir: Ukraynada hələ də müharibə davam edir. Belə olduğu təqdirdə ABŞ, eyni zamanda da Avropa İttifaqı istəsələr belə sanksiyaları dayandıra bilməzlər. Sanksiyaların tətbiq edilməsində əsas məqsəd Rusiyanı sıxışdırmaq, eyni zamanda siyasi və hərbi aqresiyya fonunda cəzalandırmaqdır. Məhz bu səbəbdən fikrimcə, sanksiyalar hələ də davam edəcək. Sanksiyaların davam etməsinin Cənubi Qafqaz regionu üçün bir sıra müsbət və mənfi cəhətləri var. Əsas məqsəd ondan ibarətdir ki, region ətrafında hərbi hadisələr bundan sonra daha da gərginləşməsin. Əks təqdirdə biz ciddi bir şəkildə digər hadisələrlə üz-üzə qala bilərik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə