Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüşdə AHİK-lə BƏT arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs olunub.
Öncə AHİK sədri işğal zamanı Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi vandal əməllərindən danışıb. Bildirib ki, uzun illər torpaqlarımız işğal altında qalsa da, buna etiraz olaraq əsas aparıcı beynəlxalq təşkilatlardan heç bir səs gəlmədi, ikili standartlardan çıxış etdilər: “Təbii ki, bu da bizdə təəssüf və təəccüb doğururdu. Artıq münaqişə başa çatıb. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işləri aparılır, bir sıra layihələr yekunlaşıb. Yaxın gələcəkdə dövlətimiz tərəfindən sakinlərin öz yurdlarına qayıtması təmin ediləcək. Bütün bu işləri Azərbaycan özü həyata keçirir”.
Sonra S.Möhbalıyev “2016-2020-ci illər üçün LayiqliƏmək üzrə Ölkə Proqramı” ilə bağlı Azərbaycanhəmkarlar ittifaqları tərəfindən görülmüş işlər və həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib.
AHİK sədri həmçinin BƏT-lə əməkdaşlıq çərçivəsində qarşıda duran vəzifələrdən və görüləcək işlərdən bəhs edib. Bildirib ki, hazırda iyun ayının sonlarında BƏT-in dəstəyi ilə “BƏT-in 105-ci Konvensiyası üzrəmüzakirələrin yekunu ilə bağlı məlumat və 205 saylıtövsiyyələrin tətbiqi üzrə həmkarlar ittifaqlarınınvəzifələri” mövzusunda 2 günlük seminara hazırlıqlargedir. Ardınca regionları əhatə edən silsilə tədbirlərinkeçirilməsi də planlaşdırılır.
S.Möhbalıyev yeni hazırlanacaq 2022-2026-cı illərüçün Layiqli Əmək üzrə Ölkə Proqramında qeyri-rəsmiməşğulluğun qarşısının alınması, məşğulluqxidmətlərinin çeşdinin və keyfiyyətinin yüksəldilməsi, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tamtəmin olunması, özünəməşğulluq proqramınıngenişləndirilməsi istiqamətində islahatların aparılması, sosial dialoqun inkişaf etdirilməsi kimi məsələlərinqeyd olunmasının vacibliyini diqqətə çatdırıb.
AHİK sədri həm ölkə proqramında nəzərdə tutulanməsələlərin, həm də BƏT-in Konvensiya vəTövsiyələrinin ölkə ərazisində tətbiqində, monitorinqlərin həyata keçirilməsində, metodikivəsaitlərin hazırlanmasında BƏT-in texniki dəstək göstərəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkür edən O.Kulayeva Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, burada iştirak etdiyi tədbirləri, keçirdiyi görüşləri məhsuldar və səmərəli hesab edib.
BƏT nümayəndəsi həmçinin AHİK sədri tərəfindən irəli sürülən təkliflərin önəminə diqqət çəkib və bunların nəzərə alınacağını bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB