IX Qlobal Bakı Forumu- Azərbaycan Respublikasının uğurlu layihələrindən biri kimi ŞƏRH

IX Qlobal Bakı Forumu- Azərbaycan Respublikasının uğurlu layihələrindən biri kimi ŞƏRH

Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə keçirilən forumdur. Sayca doqquzuncu olan Qlobal Bakı Forumu iyunun 16-da açılışı oldu. Bu dəfə Forum “Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi” mövzusunda keçirildi. Forumda 400-ə qədər qonaq, 53 ölkənin yüksək səviyyəli nümayəndələri, beynəlxalq və qeyri-hökümət təşkilatları nümayəndərlərin iştirakı forumun əhəmiyyət kəsb etməyini göstərir. Qlobal Bakı Forumu aktual müasir problemləri müzakirə etməyə imkan verən mühüm hadisədir. Forumu təşəbbüslərindən biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2011-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında təsis olunmuşdur. İlk dəfə 2013-cü ildə keçirilən Qlobal Bakı Forumu məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunmasınaminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir.

Bu forumda ilk olaraq təhlükəsizli tədbirlər ilə bağlı töhfələr verildi. Cənab prezident İlham Əliyev forumun açılışında öz çıxışında demişdir: “ Əlbəttə, Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunalrı təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər –siyasətçilər ictimai xadimlər, jurnalistlər,vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər”.Bu forumun keçirilməsinin ən mühüm məqsədi də forumda qonaq və iştirakçı qismində iştirak edən xarici ölkələrin nümayəndələri və jurnalistləri işğaldan sonrakı vəziyyəti və hal-hazırdakı görülən işləri öz gözləri ilə görmək idi.“...Biz, həmçinin səhrədimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdük. Çünki sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutmuşdur. Hər iki tərəfin sərhəddə görüşməsi də rəmzi xarakter daşıyırdı”. 2020-ci il 10 noyabr tarixində Üçtərəfli Bəyanat imzalansa da, Ermənistan il yarımdan çoxdur ki, buna əməl etmir. Bəyanatın müddəaları Ermənistan tərəfindən pozulur. Təbii ki, Azərbaycan bununla razılaşmayacaq. Normal ölkə-qonşuluq münasibətləri qurulması üçün Ermənistan Bəyanatın müddəalarını yerinə yetirməlidir.

Cənab Prezident İlham Əliyev çıxışın sonunda enerji təhlükəsizliyinə də toxundu: “Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Bu il fevral ayın 4-də “Gülüstan” sarayında Cənub Qafqaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək addımlarımızı müzakirə etdik. Lakin Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələb artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağa planlaşdırmırıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. Biz dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə Heyətinin üzvləri ilə bu məsələni ətraflı müzakirə etdik. Biz artıq bu işlərə başlamışıq. Biz bu səyləri davam etdirməyi planlaşdırırıq və bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. Bu yalnız başlanğıcdır. Potelsial daha böyükdür. Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdı ”.

Bir sıra ölkələr var ki, bərpa olunan enerji mənbələri var. Azərbaycan da o ölkələr sırasına daxildir. Belə ki, ölkəmiz iqtisadi və texniki cəhətdən əlverişli və istifadəsi mümkün olan bərpa olunan eneji mənbələrdən istifadə edir. Bu bərpa olunan enerji mənbələrinə külək və günəş enerjisi, dağ çayları və bioenerji potensialı aiddir. Azərbaycan Respublikası enerji resursları ilə zəngindir. Ancaq buna baxmayaraq bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət çəkib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətin əsas məqsədi bərpa olunan enerji mənbələrindən istifadələrin gücləndirilməsidir. Bu haqda Dövlət Proqramı 2004-cü ildə qəbul edilmişdir. Enerji məlumat bazasına 193 ölkəniyə aid ötürmə və paylanma, bərpa olunma enerji haqqında məlumat daxildir. Azərbaycan karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasında mühüm rolu var. Karbohidrogenlərin enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyəti var. Enerji mənbələri şaxələnir. Buna görə də dayanıqlı enerji təchizatı mümkün deyil və müxtəlif enerji resurslarından istifadə gələcəkdə enerji bazarında sabitliyini təmin edə biləcək. Azərbaycan dünyada enerji təhlükəsizliyinə, beynəlxalq əməkdaşlığa və inkişaf məqsədini izləyən ölkədir. Cənub Qaz Dəhlizi belə bir siyasətin töhfəsidir. Son aylarda Azərbaycan bu marşrutla 14*109 m3-dən çox təbii qaz ixrac edib. Bu həcmin təxminən yarısı Avropa istehlakçıları tərəfindən istifadə edilib. Foruma Azərbaycanın ev sahiblik etməsi həm siyasi, həm də iqtisadı baxışdan ölkəmizi dünyada tanınmasına gətirib çıxarır. Bu cür tədbirlər Azərbycan beynəlxalq münasibətlərində böyük rol oynayır. 44 günlük Vətən müharibasində qazanılan Qələbə Azərbaycanın dünyada nüfuzunu artırdı və etibarlı tərəfdaş olduğunu dünyaya göstərdi.

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə