Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq birliyi qlobal təhdidlərə qarşı həmrəyliyə çağırdı ŞƏRH
Qürurverici haldır ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu da öz nüfuzuna görə sadalanan beynəlxalq platformalarla eyni sırada dayanır. Və iyunun 16-dan 18-nə kimi “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik: «Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik»,- deyən Azərbaycan Prezidenti vurğulayıb ki, eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır: «Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar".
Və bu gün Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı IX Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini irəli sürdü. Həmçinin Forumunun bütün toplantılarında dünyanı təhdid edən müxtəlif qlobal problemlər müzakirəyə çıxarılır və onların həlli, vəziyyətdən çıxış yolları göstərilir, sonda isə beynəlxalq birliyə mühüm mesajlar ünvanlayıb. Bu Forumda da Prezident İlham Əliyev həmişə olduğu kimi, Cənubi Qafqazdakı reallığı dəyərləndirərək qalib ölkə kimi diktə edən tərəf Azərbaycan olduğunu, Ermənistan isə ölkəmizin sülh danışıqları üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifini qəbul etsə də, son zamanlar artıq mövcud olmayan "Dağlıq Qarabağın statusu" məsələsini gündəmə gətirməklə bəhanələr uydurduğunu, bu isə Ermənistan üçün təhlükəli olduğunu deyib. Dövlət başçısı çıxışı zamanı, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu, bundan siyasi-iqtisadi bataqlıqda olan Ermənistan da yararlanacağını vurğulayıb..
Belə olan halda Azərbaycan Prezidenti İlham Əliyev bir daha işğalçı Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə sərt xəbərdarlığını da edib və bir daha bildirib ki, «əgər Ermənistanın Qarabağdakı ermənilər üçün status tələbi davam edəcəksə, bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub ölkə 44 günlük İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir».
Bir sözlə, Bakı Qlobal Forumu da bunu bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev son 19 illik prezidentlik fəaliyyəti müddətində, xüsusilə də həmrəylik çağırışları nəticəsində 30 illik haqq yolu «Dəmir yumruğa» çevrildi. Və xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi.
Həmçinin, təsadüfi deyil ki, iki ildən artıqdır dünyanı cənginə alan koronavirus infeksiyası ilə bağlı Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər məhz pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ etməsi olub. Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabrında 150-dən çox ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, koronavirusa qarşı vaksinlərin yeni istifadəyə buraxıldığı dövrdə bəzi ölkələr “peyvənd millətçiliyi” edərək onların bölünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Və ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Hər bir tədbir səylərin birləşdirilməsinə, birlik, həmrəylik çağırışlarına böyük töhfə oldu. Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə də qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verməkdədir. Bir sözlə, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Forumunu Azərbaycanın özünü dünyaya təqdimi üçün unikal bir platforma olmaqla, dünyanı daha təhlükəsiz etmək üçün hamını birlikdə işləməyə çağırışıdır.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB