Ucarda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib FOTOLAR

Ucarda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib FOTOLAR

17 iyun 2022-ci il tarixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin,Ucar rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuşlar. Tədbiri “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlı açaraq qeyd etdi ki,Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında qeyd etdi ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.YAP Ucar rayon təşkilatının 9 kənd həkim məntəqəsində və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə çalışanların 600 nəfərdən çoxu YAP-ın üzvdürlər. Tibb işçilərinin pandemiya və 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri fədakarlıqları xüsusilə qeyd olunmalıdır.Bir qrup YAP üzvü rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu və hədiyyələr təqdim olundu. Ucar rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun təbrik məktubunu tədbir iştirakçılarına bildirdi. Rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə