"Azərbaycan tərəfi dialoqa açıq olduğunu hər zaman bəyan edib" - POLİTOLOQ AÇIQLADI
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gözlənilən səfəri çərçivəsində ilkin olaraq Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində əldə olunan razılıqların icra mexanizmləri ətrafında müzakirələrin aparılması gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, bu müzakirələrin nəticəsi olaraq nəhayət ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi ehtimalı yüksəkdir: "Çünki dəyişən geostrateji reallıqlar fonunda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının sadəcə regional dövlətlərin deyil, eyni zamanda, qlobal güclərin də maraq dairəsində olması faktı aydın şəkildə ifadə olunub və Rusiya heç bir halda bu prosesdən kənarda qalmaq istəmir. Digər tərəfdən isə Avropa İttifaqı və Türkiyə təşəbbüsü ələ alaraq vasitəçilik missiyasını daha operativ və uğurlu şəkildə icra edən aktorlar olaraq çıxış edirlər. Bu da rəsmi Moskvanı narahat edən əsas məqamdır.
Beləliklə də, xüsusi fəallıq nümayiş etdirməklə danışıqlar prosesində qüvvələr balansını yenidən öz xeyrinə dəyişməyə çalışır. Bunun üçün də mütləq olaraq Azərbaycanın maraqları nəzərə alınmalıdır. Çünki Azərbaycan tərəfi hər zaman dialoqa açıq olduğunu, amma heç bir halda ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri ilə bağlı güzəştə getməyəcəyini açıq şəkildə bəyan edib. Düşünürəm ki, IX Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışında bu qətiyyətli mövqeyimizi bir daha xatırladaraq danışıqlar prosesində iştirak edən bütün vasitəçilərə və ilk gündən etibarən qərəzli mövqe nümayiş etdirən tərəflərə kifayət qədər açıq mesajlar vermiş oldu. Bu mesajların Sergey Lavrov ilə keçiriləcək görüşlərin gündəliyinin müəyyənləşdirilməsinə də mütləq təsirləri olacaq".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB