"Bosniya və Herseqovina böyük və nəhəng ölkə deyil" - Şefik Caferoviç

"Bosniya və Herseqovina böyük və nəhəng ölkə deyil" - Şefik Caferoviç

“Biz Ukraynaya qarşı ədalətsizliyin qarşısının alınması üçün hər şeyi edəcəyik". SİA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Bosniya və Herseqovina böyük və nəhəng ölkə deyil: "Ölkəmizdə müsəlman, xristian, yəhudi icmaları mövcuddur. Bu da ölkəmiz üçün qürürverici nümunədir. Bosniya və Herseqovina Balkanlarda inkişaf edən ölkəyə çevrilib”.

Ş.Caferoviç çıxışında Azərbaycan Prezident İlham Əliyevə azad edilmiş ərazilərin bərpası ilə bağlı da uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə