15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

YAP Xocavənd rayon təşkilatı və Xocavənd rayon İcra Hakimyyətinin birgə dəstəyi ilə Xocavənd qəsəbəsində 15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Xocavənd rayon İcra Hakimyyətinin binası önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq başlayıb. Daha sonra Xocavənd rayon İcra Hakimyyətinin iclas zalında 15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir öz işinə başlayıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulayıb. 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Başçı həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırıb.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə