Qazaxda 15 iyun - Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub - FOTOLAR
13 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə geniş bayram tədbiri keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
YAP Qazax rayon təşkilatının iclas zalında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, tədbirin məqsəd və məramı barədə ətraflı məlumat verib və qeyd etdi ki, bugünkü tədbirimizdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonumuzun tanınmış ziyalıları, rayon təşkilatının fəalları, ərazi partiya təşkilatının sədrləri və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup gənc iştirak edir.
Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, şəhid Məmmədov Səbuhi Hümbət oğlunun anası Cəvahir Bənnayeva, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi ərazi partiya təşkilatının sədri Vüsal Hüseynov çıxış ediblər. Natiqlər 1993-cü ilin iyun ayında ölkəmizdə cərəyan edən hadisələrdən, dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin böyük xilaskarlıq missyasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tarixi xidmətlərindən, müstəqil Azərbaycanın mövcud reallıqlarından ətraflı danışıblar.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənc partiya üzvlərinə təntənəli şəkildə partiya üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin sonunda Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər söyləyiblər, YAP sıralarına yeni qəbul olunmuş gənclər Milli Məclisin üzvləri ilə birlikdə xatirə şəkli çəkdiriblər.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB