"Müxalifət bəzən o qədər qərəzli mövqe sərgiləyir ki..." - DEPUTAT AÇIQLADI
“Azərbaycanda müxalifət bəzən qərəzli mövqe sərgiləyir, müxalifət üzvlərinin bəziləri ağızlarına gələni danışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, televiziyalar da bu insanları efirə çıxarırlar: “Analmıram ki, söyüşlə danışan, qərəzli mövqedən çıxış edən müxalifət necə televiziyalara çıxarılır. O cümlədən müxalifətin bir çoxu hadisələrə qərəzli mövqedən yanaşırlar. Xalqın xeyrinə söz deyəndə, xalqı müdafiə edəndə müxalifət üzvləri deyirlər ki, səni öyrədiblər və ya sənə tapşırıq veriblər ki, bu cür çıxış et. Belə çıxır ki, biz xalqın xeyrinə danışmamalıyıq. Ona görə düşünürəm ki, elə bu günə qalıblar. Müxalifət hakimiyyətə gəldi, amma öhdəliklərini yerinə yetirə bilmədi, hakimiyyəti idarə edə bilmədi. İndi də icazə verin dövlət öz işini görsün. Qan qaraltmağa ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, bunların qərəzi cığallıqdan irəli gəlir. Hakimiyyətə gəlməyə gücü olmadığı üçün qərəz nümayiş etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB