“Müxalifət və “mühacir” həyatı yaşayan ünsürlər eyni mərkəzdən idarə olunurlar” AÇIQLAMA

“Müxalifət və “mühacir” həyatı yaşayan ünsürlər eyni mərkəzdən idarə olunurlar” AÇIQLAMA

“Müxalifət düşərgəsini təmsil edən şəxslərin xaricdən maliyyə yardımları alması hər kəsə məlumdur. Ancaq xarici anti-Azərbaycan qüvvələrdən maliyyə yardımları almaqla milli maraqlara qarşı çıxmaq onlara baş ucalığı gətirməyəcəkdir. Onsuz da müxalif qüvvələrin xalqın, cəmiyyətin gözündə nə isə bir dəyərləri yoxdur”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dağıdıcı müxalifət və xaricdə mühacir həyatı yaşayan ünsürlər eyni mərkəzdən idarə olunurlar: “Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq istəyən xarici qüvvələr var. Bunun üçün də xaricdə “mühacir” adı ilə çıxış edən şəxslərdən özlərinin məkrli planlarının həyata keçirməsində bir alət kimi istifadə edirlər. Xarici pozucu qüvvələr düşünürlər ki, guya belə etməklə onlar Azərbaycanda nə isə bir qarışıqlıq yarada biləcəklər. Amma onların nə planlaşdırmalarından asılı olmayaraq heç vaxt ölkəmizlə bağlı məkrli planlarını həyata keçirə bilməyəcəklər. Xalq xaricdə olan həmin şəxslərin kim olduqlarını və nə etmək istədiklərini onların özlərindən yaxşı bilir. Ümumiyyətlə, xaricdə şəxslərin söyüşdən istifadə etmələri bir daha sübut edir ki, onlar zəif və heç bir bacarığı olmayan adamlardır. Ataların belə bir məsəli var: “İt hürər karvan keçər”. Əlbəttə ki, xarici ölkələrdən olan həmin şəxslərin bu cür hərəkətlərə əl atması birmənalı şəkildə pislənilir. Özləri də yaxşı bilir ki, boş-boş şeylərlə məşğul olurlar. Çünki cəmiyyət onları yaxşı tanıyır. Yaxşı olardı ki, onlar xarici qüvvələrin təsiri altında düşməsinlər və öz ölkələri haqqında şər-böhtan xarakterli məlumatlar səsləndirməsinlər. Azərbaycan sabitlik adasıdır, möhkəm əsaslara söykənən stabillik mövcuddur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə