Əli Əliyevin “aclığı”, yoxsa “bicliyi”? TƏRS BAXIŞ

Əli Əliyevin “aclığı”, yoxsa “bicliyi”? TƏRS BAXIŞ

VİP sədrinin “aksiyası” üzərindəki kiri-pası yuya bilməz!

Son vaxtlar özlərini “müxalifət liderləri” elan edərək ölkədəki həssas dövrdə mövcud olan sabitlik reallığına xələl vurmağa cəhd edənlərin var-gəlləri, bu vasitələrlə xaricdən idarə edilən maraqlara nökərçilik etmələri sayəsində mənfəət güdmələri müşahidə olunmaqdadır. Eyni zamanda, belə ünsürlərin yenidən fəallaşmalarını müşahidə etməyimizlə yanaşı, bu kimi məsələlərdə xaricdəki söyüş müxalifətinin də zəhərli göbələklər kimi baş qaldırmalarını görməkdəyik. Lakin məsələ yalnız bunda deyil.

Kimlərin əlinə hansı “girəvələr” düşüb?

Məsələ həm də ondan ibarətdir ki, bəlli cinayət əməllərinə görə qanun qarşısına çıxarılaraq cəza alan siyasətbaz kəslər də daxildən öz kirli əməllərini icra etməyə, bununla xarici havadarlarının diqqətlərini cəlb etməyə çalışırlar. Buna misal kimi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin guya həbsxanada “aclıq aksiyası” keçirməsini göstərə bilərik. Əli Əliyevin bu əməlindən belə nəticə hasil etmək olar ki, VİP sədri həmin vasitə ilə haqqında haqlı hökm çıxarmış məhkəməyə qarşı öz təbirincə təzyiqlər edir. Lakin o və onun kimi adamlar unudurlar ki, qanun var, hüquq var və şikayətləri varsa əlbəttə ki, çıxarılmış hökmlərdən şikayət edə, hətta beynəlxalq məhkəmələrə qədər çıxa bilər!

Amma göründüyü kimi, bu hüquqdan istifadə etmək yerinə məqsəd birbaşa ölkənin, dövlətin, xalqın hakimiyyətinin nüfuzuna xələl vurmaqdır. Belə məsələlərdə isə sözdə müxalifət “liderləri” necə deyərlər, pərgardırlar, özü də hər dəfə əllərinə “girəvə” düşər-düşməz bax beləcə oyunlarla öz başlarını qatırlar.

Əli Əliyevin uğursuz “məntiqi” - adam öldür, həbs olun, “aclıq aksiyası” keçir və azadlığa çıx (?!)

Fəqət hər şeyə rəğmən, istər VİP sədri olsun, istər onun həbsindən öz şəxsi dividentləri üçün istifadə edərək pul-para qazanmaq istəyən AXCP sədri və ya “Milli Şura” tör-töküntüləri olsunlar - belə əməllər hər zamankı kimi nəticəsiz qalacaq.

Digər tərəfdən, guya aclıq aksiyası keçirməklə azad ediləcəyini düşünən Əli Əliyevin “məntiqindən” belə bir nəticə də çıxarmaq və sual etmək olar ki, sən demə cinayət törədənlər, qətl və s. cinayətlərə əl atanlar onlara qarşı çıxarılan hökmlərdən azad olmaq üçün aclıq aksiyaları keçirməlidirlər? Heç bir aksiomaya sığmayan bu kimi oyunbazlıqlar onların dar düşüncələrinə görə baş tuta bilərmiş və s.

“Aclıq” adlı uğursuz sirk tamaşaları nümayiş etdirməkdənsə, yaxşı olardı ki, hüququn nə demək olduğunu anlasın

Fəqət unudulan daha bir reallıq da var – indi küçələrdə XX əsrin 90-cı illəri deyil, indi bayırda XI əsrin iki onilliyi geridə qalıb və üçüncü onilliyinə qədəm qoyulub. Başqa tərəfdən, Azərbaycan hüquqi dövlətdir və bu sahədə son illər ərzində xeyli islahatlar həyata keçirilib. Əli Əliyev “aclıq” adlı uğursuz sirk tamaşaları nümayiş etdirməkdənsə yaxşı olardı ki, hüququn nə demək olduğunu anlasın və məlum əməlinə görə aldığı cəzasının da layiqli cəza olduğunu dərk etsin. Çünki o danışdıqca, bu kimi oyunbazlıqlar nümayiş etdirdikcə özünü daha çox ifşa etmiş olur. Məsələ ondadır ki, Əli Əliyevin “aksiyası” onun üzərindəki kirini-pasını yuya bilmək gücündə deyil...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə