"Azərbaycan işğaldan azad etdiyi torpaqları yenidən bərpa edir" - DEPUTAT ŞƏRH ETDİ
“Qeyd etmək lazımdır ki, Şuşa müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevirilib. Biz artıq burada dəfələrlə müxtəlif tədbirlərin keçirilməsinin şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu həm Azərbaycan həqiqətlərinin təbliği, həm də erməni vəhşiliyinin ifşası baxımından xüsusi əhəmiyyət daşıyır: “Eyni zamanda o dünyaya mesaj verir ki, Şuşa tarixi Azərbaycan şəhəridir, bu hər zaman da belə olacaq.
Burada bir sıra mühüm sənədlər, müqavilələr imzalanıb. Eyni zamanda qeyd etmək lazımdır ki, Bakı enerji həftəsinin də burada keçirilməsi xarici qonaqların Füzulidən keçməklə həm Füzulidə, həm də ermənilərin törətdikləri vəhşilikləri bilavasitə öz gözləri ilə görməsini təmin edir. Eyni zamanda bu dünyaya da bir mesajdır ki, artıq Azərbaycan işğaldan azad etdiyi torpaqları yenidən qurur, bərpa edir. Burada qısa müddətdə quruculuq və abadlıq işləri həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB