“Azərbaycan: idxaldan ixraca doğru” adlı dəyirmi masa keçirilib - FOTOLAR
YAP İmişli rayon təşkilatında “Azərbaycan: idxaldan ixraca doğru” adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masanı giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, ölkəmizin ixrac potensialı günü-gündən artır. 2022-ci ildə ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faiz artıb. Azərbaycanın ixrac qabiliyyətinin artması ölkəmizin dayanıqlı inkişafını göstərir. Natiq qeyd edib ki, iqtisadiyyatın inkişafı sahibkarlığın inkişafı ilə bilavasitə bağlıdır. Buna görə də sahibkarlığın inkişafına xidmət edən bir çox qanunlar qəbul olunub, mövcud qanunlara dəyişikliklər edilib. Azərbaycan iqtisadi inkişafın sahibkarlıq amilinə çox böyük önəm verir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində yerli və xarici sahibkarlar üçün münbit şərait yaradılıb. Ölkəmizdə mövcud olan siyasi və iqtisadi sabitlik investisiya axınını artırır. Bu isə ixrac potensialımızın artması üçün çox mühüm faktordur.
Digər çıxış edənlər ixrac potensialının artırılması üçün sənaye və kənd təsərrüfatı istehsalının artırılmasından, emal sənayesinin inkişaf etdirilməsindən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB