Təhdidlər davam edərsə, təhlükəsizliyimizi özümüz təmin edəcəyik - DEPUTAT ŞƏRH ETDİ

Təhdidlər davam edərsə, təhlükəsizliyimizi özümüz təmin edəcəyik - DEPUTAT ŞƏRH ETDİ

“Təbii ki, Ermənistanın həmişə olduğu kimi qeyri-konstruktiv nümayişlər etməsi gözlənilən idi. Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan mahiyyət etibarilə təcavüzkar və separatçı bir dövlətdir. Öz qonşularına əsassız ərazi iddiaları irəli sürürlər və münaqişələrin baş verməsini şərtləndirirlər. Ermənistan bir alətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, yəni Ermənistanın özünün normal siyasəti yoxdur: “Kənar güclər Ermənistandan istifadə edərək, regiondakı proseslərə təsir etmək istəyirlər. Ermənistanın baş naziri Paşinyan 2018-ci ildə hakimiyyətə gəldiyə bir vaxtda davamlı olaraq, mövqelərini dəyişib. Yəni qeyri-ciddi bir dövlət rəhbəridir. Ermənistan heç bir halda ağır məğlub durumunda sülh sazişini imzalamaq istəyində olmayacaq. Onsuz da hətta Azərbaycanın torpaqlarını işğal altında saxlayan dövrdə belə Ermənistan özünün davamlı olaraq təxribatçı mövqeyini nümayiş etdirirdi. Ermənistan öz davranışı ilə hər ötən gün daha aydın nümayiş etdirir ki, onunla yalnız güc dilində danışmaq lazımdır. Proseslər sanki təkrar olunur. Vətən müharibəsinə qədər olan dövrdə post-münaqişə dövründə analogiya aparmağa imkan verən elementlər mövcuddur. Müharibəyə qədər də biz münaqişənin dinc yolla problemi həll etməyə hazır olduğumuzu göstərirdik. Ermənistanı da belə yol tutmağa çalışırdıq. Amma Ermənistan Azərbaycanın bu günün siyasi humanitar jestini düzgün qiymətləndirmirdi. Biz hər zaman qeyd edirdik ki, danışıqlar nəticə verməsə, müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik.

Azərbaycanın bu mövqeyinə çox da ciddi yanaşılmadı. Belə olan halda isə 2020-ci ilin payızında sübut etdik ki, sərgilədiyimiz mövqe heç də qeyri-ciddi deyildi.

Həyata keçirilmiş danışıqlar nəticəsiz danışıqlar idi. Belə olan halda Azərbaycan təbii ki, sərgilədiyi mövqeyinə sadiq qaldı.

Yenə də Ermənistan tərəfindən təhlükəsizliyimizə təhdidlər davam edəcəksə, təhlükəsizliyimizi özümüz təmin edəcəyik.
Biz Ermənistanı sülhə məcbur etmək strategiyasında həyata keçirilməsini davam etdirməliyik. Onsuz da ölkə Prezidenti tərəfindən düşməni sülhə məcbur etmək strategiyası həyata keçirilir. Ermənistan bütün pozuculuq cəhdlərinə baxmayaraq, proseslər Azərbaycanın haqlı mövqeyinə uyğun cərəyan etməkdədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə