Türkiyədə məktəblərdə Azərbaycan dili tədris olunacaq...

Türkiyədə məktəblərdə Azərbaycan dili tədris olunacaq...

Türkiyə məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıla bilər. Qeyd edilir ki, bu barədə Türkiyə hökumətinin mətbuat xidməti xəbər verir.

Belə ki, ilkin mərhələdə bunun üçün pilot məktəblərin seçiləcəyi dəqiqləşdirilir.

“Qeyd edilib ki, türk məktəblərində Azərbaycan dilinin tədrisi ilə bağlı iki ölkənin müvafiq strukturları arasında danışıqlara başlanılacaq”. Bu barədə isə “TurkicWorld” yazıb.

Layihə təşəbbüskarlarının sözlərinə görə, Azərbaycan və Türkiyə vətəndaşlarının heç bir ünsiyyət problemi yoxdur və məktəblərdə dilin tədrisi iki ölkə cəmiyyətlərinin daha sıx inteqrasiyası üçün son dərəcə vacibdir.

“Bundan əlavə, türk məktəblərində özbək, qazax, türkmən və qırğız dillərinin tədrisinə də başlana bilər”.

Bu da Türkiyə hökuməti tərəfindən bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə