“Hraparak” qəzetinin yazdığına görə, müxalifət ötən gün parlamentin növbədənkənar iclasının keçirilməsini tələb edib. Lakin sonradan onlar iclasın keçirilməsinə mane olublar. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, müxalifətçilər bunun səbəbi kimi hakimiyyətin dialoqa tərəfdar olmadığını göstəriblər. “Müqavimət hərəkatının iştirakçıları əvvəlcə Fransa meydanında yürüş keçiriblər və hökumət evinə tərəf gedərək bütün çıxışları bağlayıblar. Paşinyanın arxa qapıdan qaçdığını öyrəndikdən sonra Proşyan küçəsinə doğru hərəkət ediblər”, deyə “Hraparak” yazıb.
Qəzet qeyd edir ki, aksiyaların keçirildiyi yerlər lokal döyüş meydanını xatırladır. “Hökumət bağlarına tərəf real ordu birləşmələri göndərilib və onlar nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə ediblər – səsboğucu qumbaralar atılıb və nəticədə bir ox vətəndaşlar travmalar alıblar, bəzilərinin halı pisləşib və onları xəstəxanaya aparıblar. Proşyan küçəsində real lokal döyüşlərin izləri qalıb – ayaqqabı, parçalanmış geyimlərin qalıqları”, deyə erməni nəşri yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB