Müstəqilliyini bərpa etdikdən sonra tədricən ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların fəal üzvlərindən birinə çevrildi. Belə ki, Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdikcə tədricən nüfuzlu təşkilatların tədbirlərinin keçirildiyi məkan oldu. Hətta dünyanı pandemiya təhlükəsi bürüdüyü bir zamanda da dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə videoformat şəklində bir sıra beynəlxalq səviyyəli mühüm əhəmiyyətli tədbirlər keçirildi. Respublikamız bu gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi ənənəsinə sadiqliyini yenə də nümayiş etdirir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bu ənənənin davamıdır.
Azərbaycan Ordusunun Ermənistanın 30 illik işğalına son qoymasından sonra da ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi ənənəsinə sadiqliyini nümayiş etdirdirir. Azərbaycan daha bir əhəmiyyətli tədbirə - “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalına ev sahibliyi etdi.
TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlcuq Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Fondunun təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Bakıda ilk dəfə keçirilən bu festival dünyanın diqqət mərkəzində idi. Bu Türkiyə-Azərbaycan dostluğunun dünya üçün daha bir nümunəsi idi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğanın festivalının keçirildiyi məkana gəlməsi tədbirin əhəmiyyətini daha da artırdı və bununla həm də dünya bir daha türkün gücünü gördü.Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Dövlət başçımız İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə hər zaman Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. İki qardaş ölkə Türkiyə-Azərbaycan bir yerdə inamla addımladıqca, bölgəmizdə sülh və barış da o qədər möhkəm olacaq. İki dost və qardaş ölkələrin kədərinin də, sevincinin də bir omasına bütün dünya şahid oldu. “TEKNOFEST Azərbaycan” Festivalında çıxış edən prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkənin dostluq və qardaşlığını əks etdirən əhəmiyyətli mesajlar səsləndirdilər. Bu tədbirin Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ərəfəsində keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Türkiyə ilə qardaşlıqdan danışırıqsa, birgə siyasət şübhəsiz ki, hər iki xalqın milli və dövlət maraqlarına uyğun həyata keçirləcək. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etmiş oldu ki, atılan bütün addımlar Azərbaycanın milli maraqları çərçivəsində olub və bundan sonra da belə olacaq.
“TEKNOFEST Azərbaycan” Festivalında Prezident xüsusi ilə gənclərə səslənərək Türk dünyasının böyük oğullarından nümunə götürməyə da çağırış edib: “Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.
Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin bərpasının 30 illik tarixi ərzində Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirib: “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”. Xatırladaq ki, Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” - sözlərini səsləndirdi. Bu qətiyyətli sözlər Azərbaycana güc, ruh, inam verdi. Azərbaycan-Türkiyə birliyi 2021-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdirildi. Paradda qardaş ölkənin Prezidenti dövlətimizin başçısı ilə çiyin-çiyinə dayanmışdı. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzulu Beynəlxalq Hava Limanının açılışında iştirakı, Şuşada və Cıdır düzündə keçirilən tədbirlərdə iştirakı, həmçinin müstəqillik tariximizin yaddaşına əbədi həkk olunmuş tarixi Şuşa Bəyannaməsini imzalayaraq, iki ölkənin bundan sonra da yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcəyinin əyani təzahürüdür. Qeyd edək ki, hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
“TEKNOFEST Azərbaycan” Festivalında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında da təbii ki, önəmli mesajlar və çağırışlar kifayət qədərdir. Türkiyə Prezidenti 2022-ci ilin iki qardaş ölkə üçün önəmli olmasını vurğulayıb. O, cari ilin Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyik yubileyinin olduğunu xatırladıb və şübhəsiz ki, buna yönəlik tədbirlər də davam edəcək. Qardaş ölkənin başçısı Şuşa Bəyannaməsinin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını vurğulayıb. Azərbaycan-Türkiyə arasında enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İki qardaş ölkənin ikitərəfli əlaqələri təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatıb.Azərbaycan xalqı Türkiyəyə öz yurdu, qardaş evi kimi baxır. Bundan sonra bu qardaşlıq daha da yaxınlaşmalı və bütün addımlar birgə atılmalıdır. Məqsəd isə yalnız və yalnız nümunəvi, sabit, sürətli inkişaf edən bir bölgə yaratmaqdır.
FƏRİD MUSTAFAYEV
YAP Yasamal rayon təşkilatının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB