2022-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizdə ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.
2021-ci ildə 15 İyun Qurutuluş Günündə Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə idi. Bu da çox əlamətdar hadisə idi. Məhz elə 28 May Müstəqillik bayramında qardaş ölkə tarixi bayramımızın sevincinə şərik çıxaraq, birlikdə qeyd etdi. Cənab Prezident İlham Əliyevin nitqində söylədiyi kimi, Texnofest festivalı Müstəqillik Günü ilə birlikdə ikiqat bayram olmuşdur.
Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucalır və bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, enerji, iqtisadi əlaqələrdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir. Prezident İlham Əliyevin söylədiyi kimi “Texnofest” elm, inkişaf, bilik, texnologiya bayramıdır”. Texnofestin keçirilməsində əsas məqsəd Azərbaycada rəqəmsal, iqtisadiyyat, kosmik sənaye, aviasiya və s. kimi sahələrin gənclər arasında təbliğini aparmaqdır. Bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması, eləcə də gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasıdır. "Texnofest-Azərbaycan"a marağın yüksək olması insan kapitalının inkişafı, gələcək texnoloji inkişaf üçün çox önəmli faktordur.
Cənab Prezident İlham Əliyev Selçuk Bayraktarı gənclərə bariz nümunə kimi gətirirək, onun nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarı olduğunu, İkinci Qarabağ müharibəsidə məşhur “Bayraktar” PUA-larının rolunu qeyd etmişdir.
İki qardaş ölkənin güclü, möhkəm əlaqələri bütün sahələri əhatə etməklə yanaşı, dünyaya yeni çağırışlar etməkdədir. Dünyaya nümunə ola biləcək bu əlaqələrdə – artıq bu gün nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Azərbaycan və Türkiyə Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində siyasəti, iqtisadi münasibətləri və s. ilə müstəqil qərar verən, mənafe və maraqlarını müdafiə etməyi və istənilən basqılara, təzyiqlərə müqavimət göstərməyi bacaran güclü dövlətlərdirlər.
Aida Aslanova
AMEA Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin baş mütəxəssisi, YAP Yasamal rayon təşkilatının fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB