"Festival gənclərin maarifləndirilməsi baxımından mühüm rol oynadı" - DEPUTAT ŞƏRH ETDİ
“Bakıda keçirilən “Texnofest” festivalı ölkəmizin ictimai-siyasi həyatı üçün böyük bir hadisə idi. Bu qəbildən olan ilk və ən önəmli tədbir kimi bizim tariximizdə qalacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, burada ilk növbədə qardaş Türkiyənin və Azərbaycanın son illərdəki texnoloji yenilikləri nümayiş etdirildi: “Bu festivalın gənclərimizin müasir texnoloji biliklərə yiyələnməsi baxımından böyük maarifləndirici əhəmiyyəti var. Digər tərəfdən burada hərbi texnologiyanın, döyüş və müdafiə silahlarının, o cümlədən hava hücumu və hava hücumundan müdafiə vasitələrinin nümayiş etdirilməsi bir daha qardaş Türkiyənin və Azərbaycanın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətli oldu. Əlbəttə Azərbaycan və Türkiyə heç bir dövlətə qarşı nə bir aqressiya, nə bir işğal, nə də bir müharibə siyasəti yürüdən dövlətlər deyillər.
Nümayişdə, festivalda Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış etməsi, dünya şöhrətli Əziz Sancarın burada olması, “Bayraktar” adı ilə artıq dünyada məşhur olan “PUA”ları ixtira edən Səlcuq Bayraktarın burada olması həm də Türkiyə və Azərbaycanın elmi nailliyyətlərinin dünyaya nümayişi oldu. Azərbaycan gəncləri də burada iştirak edərək maarifləndilər. Bu, gənclərimizin gələcək həyat yollarını düzgün seçmələrində böyük əhəmiyyətə sahib olan tədbir oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB