Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətə çevrilib - ŞƏRH

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətə çevrilib - ŞƏRH

Bu gün dünyada müzakirə edilən problemlərdən biri milli təhlükəsizlik məsələləridir. Bu, əslində, bir ölkənin və ya regionun problemi deyil. Hər bir dövlətin strateji kursunun - daxili və xarici siyasətinin hədəfləri sırasında milli təhlükəsizliyin təmin olunması müstəsna yer tutur. Azərbaycanda olan sabitliyinin təminatçısı Azərbaycan xalqıdır və biz bu gün təhlükəsizlik şəraitində yaşayırıq. Xalqımız dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir. Ölkəmizdə bundan sonra da təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə şübhəmiz yoxdur. Çünki, təhlükəsizlik və sabitlik olmasa heç bir ölkə inkişaf edə bilməz.Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya və bu kursun uğurlu davamı Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə artırır. Dünyanı iqtisadi böhran bürüsə də, bu, Azərbaycanın tərəqqisinə ciddi təsir göstərə bilməmişdir. Respublikamızda həyat öz axarı ilə davam etmiş, ümumi daxili məhsulun həcmi artmış, müasir tələblərə cavab verən yeni istehsal müəssisələri yaradılmış, əhalinin həyat səviyyəsi getdikcə yüksəlmişdir.

Dünyada gedən siyasi proseslər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir.

Cənab Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında kənd sakinləri görüşündə bir çox mühüm məsələlərə toxundu. İlk olaraq bu gün dünyada gedən proseslərin fonunda ölkə başçısı qeyd etdi ki, bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Lakin əlbəttə ki, güclü dövlət olmaq üçün ən mühüm şərt müstəqillikdir. Əsl müstəqilliyin mahiyyəti isə bu və ya digər ölkənin müstəqil siyasət apara bilməsidir.Hal-hazırda işğaldan azad olunan ərazilərimizdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Həyata keçirilən bərpa işləri ölkəmizi daha da gücləndirəcək.Azərbaycan bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə, sülh və təhlükəsizlik diyarına çevrilmişdir.

Bəybala Əliyev

YAP üzvü, Masallı rayon Qodman kənd sakini

Bütün xəbərlər Facebook səhifəmizdə