“Avropa İttifaqı Ermənistana təzyiqlərini artırmalıdır” - AÇIQLAMA
“Ermənistan xarici işlər naziri danışıqları sabotaj edən açıqlamalar verirlər. Brüsseldə əldə olunan razılaşmalar konkret olaraq həyata keçirilməlidir. Yəni sərhədlərin müəyyənləşdirilməsi məsələsi həyata keçirilməlidir”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin açıqlamalarından aydın olur ki, qarşı tərəf sərhədlərin delimitasiya və demarkasiyasında maraqlı deyil: “Yenə də müxtəlif təkliflər irəli sürürlər. Qoşunların sərhəddən geri çəkilməsini və həmçinin Qarabağın status məsələsini qabardırlar. Təbii ki, bu da danışıqlar prosesini əngəlləmək məqsədi daşıyır. Ermənistandan da biz bunu gözləyirdik. Çünki Ermənistan tərəfi hələ sülhə hazır deyil. Səbəb də Ermənistanın Rusiyadan asılı olmasıdır”.
Məhəmməd Əsədullazadə onu da bildirib ki, Ermənistanın hərbi birləşmələri Basarkeçər istiqamətində Kəlbəcər rayonundakı Azərbaycan əsgərlərinin mövqelərini atəşə tuturlar: “Ermənistan tərəfi danışıqlar zamanı başqa bir məsələ deyir, amma danışıqlardan sonra isə tamamilə başqa bir fikir irəli sürür. Həmçinin sərhəddə silaha əl atır. Yəni bu o deməkdir ki, artıq Ermənistanla sülh danışıqları ilin axırına kimi müsbət nəticə verməyəcək və Azərbaycan tərəfi konkret olaraq Ermənistana bütün istiqamətlərdə təzyiqlər etməlidir. Əgər onlar Qarabağın statusunu deyib, duracaqlarsa heç bir danışıqlardan və əldə olunmuş razılaşmaların reallaşmasından söhbət gedə bilməz. İlk növbədə Avropa İttifaqı Ermənistana təzyiqlərini artırmalıdır. Çünki Avropa İttifaqının region siyasətini Ermənistan sobataj edir və artıq Avropa İttifaqı da bununla bağlı ölçü götürməlidir. Qeyd etdiyim kimi erməni baş nazir Paşinyan hakim rejimi görüş zamanı başaq cür danışır, Yerevana gələndən sonra isə başqa fikirlər söyləyir. Ona görə də, belə danışıqlar imitasiya və manipülasyadır. Bunun da qarşısını almaq üçün Ermənistana bütün variantlarda təzyiq etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB