“AXCP və Müsavat kənar qüvvələrdən asılıdır və onların diktəsi ilə oturub dururlar” AÇIQLAMA
“Azərbaycan iqtidarı ölkəmizdə fəaliyyət göstərən müxalif siyasi partiyaları siyasi dialoqa dəvət edir və gündəliyimizdə duran məsələlərin müzakirəsi aparılır. Bu dialoqa AXCP və Müsavatdan başqa bütün siyasi partiyalar qoşulub və siyasi baxışları müxtəlif olsa da, ölkənin taleyüklü məsələlərin həllində həmrəy olduğunu nümayiş etdirilir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, AXCP və Müsavat bu siyasi dialoqdan imtina edir və özlərinin radikal mövqedə olduğunu göstərməyə çalışırlar: “Təbii ki, bu, onu göstərir ki, AXCP və Müsavatın iddiaları daha böyükdür, onlar hansısa kənar qüvvələrdən asılıdır və onların diktəsi ilə oturub dururlar. Bu gün Azərbaycan tam şəkildə siyasi və iqtisadi müstəqil ölkədir. Bu müstəqilliyi biz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazanmışıq və Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəmlətmişik. Amma AXCP və Müsavatın iqtidarda olduğu illərdə sovetlər dağılaraq ikinci dəfə müstəqilliyə qovuşsaq da, xalqımız bunu heç də hiss etmədi. Bu gün böyük iddialarla yaşayan və ölkədə gedən inkişaf proseslərinə qoşulmayan o vaxtkı iqtidarın başı 90-cı illərin əvvəlində talançılıqla qarışıq olduğundan torpaqlar sürətlə işğal olunur, ölkə vətəndaş müharibəsi səviyyəsinə gəlmişdi. Bu gün isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız onların verdiyi torpaqları geri almış və qalib ölkəyə çevrilmişik. Onu da qeyd etmək istəyirəm ki, heç bir qüvvə bu gün müstəqil və güclü Azərbaycanın qazandığı uğurlarına kölgə gətirə bilməz. Ölkəmizin inkişafı, müstəqilliyinin əbədi olması naminə bizimlə həmrəy olan bütün siyasi partiyalarla dialoq mühütündə daha böyük uğurlara nail olacağıq. Amma bu yolda bizə mane olmaq istəyən hər hansı bir qüvvəyə ölkəmizin siyasi meydanında yer yoxdur və yenidən öz radikal ideyaların reallaşdırılmasına xalqımız heç vaxt imkan verməyəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB