“Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyası yeni və daha rahat həyat tərzidir ŞƏRH

“Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyası yeni və daha rahat həyat tərzidir ŞƏRH

Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərələliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalalrının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

“Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasınımn hazırlanması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Sərəncamından

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı verdiyi açıqlamaları bu tarixi ərazilərimizin ən müasir səviyyədə və infrastrukturda bərpasını nəzərədə tutan mühüm konsepsiyaların hazırlanması ilə nəticələndi. Bunların içərisində “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyası çox mühüm əhəmiyyət kəsb edir. Bu layihə ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində icra edilməklə azad olunmuş bütün ərazilərimizdə erməni işğalı nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalarla qurulması kimi mühüm quruculuq vəzifəsini qarşıya qoymuşdur.

Əvvəla onu qeyd etməliyik ki, “Ağıllı kənd” layihəsinin məqsədi yaşayışın bütün infrastrukturların müasir tələblərə uygun qurulması ilə insanlarımızın rahatlığına xidmət etməkdir. Digər tərəfdən kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəffaf şəraitin formalaşdırılmasıdır. Yəni bu konsepsiya əslində dövlətin yaratdığı xidmətlərdən yararlanması baxımından kənd və şəhər arasındakı fərqi faktiki olaraq aradan qaldırmış olur. Prezident İlham Əliyevin etdiyi bütün təqdimatlarda da aydın ifadəsini tapdığı kimi “Ağıllı kənd” bütün sahələrdə müasir infrastrukturlarla təmin olunmuş yeni rahat həyat tərzini özündə ehtifa edir”. Bu xüsusilə Böyük Qayıdış proqramının icrasında davamlı, güclü inkişafın mühüm komponentidir. Əslində Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da bu istiqamət öz əksini tapmışdır. Bu barədə Prezident İlham Əliyev çıxışında demişdir: “Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”. Zəfərlə başa çatan Vətən müharibəsinin nəticəsində Prezident İlham Əliyev bu istiqamətdə də sürətli inkişafın memarı kimi Zəngilan rayonunun Ağalı kəndinin ərazisində “ağıllı kənd” layihəsinin təməlini qoydu və hər şeyin yenidən qurulmağa başladığından nəticədə texnoloji qaydalara əməl edilən mükəmməl infrastrukturun ilk möhtəşəm mərhələsinin 2022-ciil may ayının 27-də açılışı oldu. Dövlətimizin başcısının bu layihə əsasında reallaşan müasir həyat tərzinin qurulması ilə yaxından tanış olması Azərbaycanın iqtisadi, intellektual gücünün və tarixi torpaqlarımızın firavanlığına dair dövlət siyasətinin göstəricisidir. Bu nailiyyətin də mühüm bir tarixi günə “Müstəqillik Günü”nə təsadüf etməsi isə müstəqilliyimizin möhkəm dayaqlara malik olduğunu, ümummilli iradənin səfərbər olmasının təzahürüdür. Bu baxımdan acılış mərasimində Prezident İlham Əliyevin aşağıdakı nitqi həm də tarixin dərslərindən nəticələr çıxarmaq ücün çox mühüm yol xəritəsi idi. “Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm. Daha sonra dövlətimizin başcısı bu layihənin əhəmiyyətini şərh edərkən bildirdi ki, “birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, - bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq”.

Sənan Həsənov

YAP Yasamal rayon təşkilatının

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə