Cəlilabadda şəhid Kənan İbrahimlinin məzarı ziyarət olunub FOTOLAR

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 27 may 2022-ci il tarixdə Cəlilabad rayon Musalı kəndindən şəhid Niftullayev Elşən Əfqan oğlunun və Şiləvəngə kəndindən şəhid İbrahimli Kənan Azad oğlunun doğum günləri ilə əlaqədar şəhidlərin məzarlarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzmüş, əziz xatirələrini böyük ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...