ABŞ Ukraynaya hansı qadağanı qoydu?

Pentaqon və Ağ ev Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Amerika silahlarından atəş açmasından narahatdırlar

Reuters agentliyinin məlumatına görə, Vaşinqton mənbələri xəbər verirlər ki, ABŞ Ukraynaya Rusiyanın sərhədyanı ərazilərinə zərbələrin endirilməməsi üçün xəbərdarlıq edib. SİA adıçəkilən agentliyə istinadən məlumat verir ki, Vaşinqton bu kimi zərbələr nəticəsində Ukrayna hüdudlarından kənarda eskalasiya riskinin artacağı situasiyasını görür. “Xüsusilə, Pentaqon və Ağ ev Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Amerika silahlarından atəş açmasından narahatdırlar”, deyə yazan Reuters əlavə edir ki, amerikalılar, eyni zamanda, ukraynalılara coğrafi məhdudiyyətlər qoyaraq onların əl-qollarının bağlanmasını da istəmir.

Qeyd edək ki, mövcud müharibədə ABŞ-ın Ukraynaya hərbi yardımının qiyməti 3,9 milyard dolları təşkil edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə