"Hər iki ölkə üçün vacib məqamlara toxunulacaq" - POLİTOLOQ AÇIQLADI

"Türkiyə və Azərbaycan Prezidentlərinin hər bir görüşü çox geniş gündəliyə malikdir. Bu gündəlik təkcə iki ölkəni əhatə etmir, eyni zamanda regionda qlobal məsələlərin müzakirəsi də aparılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, bu görüşlərdə həm təkbətək, həm də telefon danışığı səviyyəsində dinamika var: "Bu da onun göstəricisidir ki, Azərbaycanla Türkiyə öz münasibətlərini daim ən yüksək səviyyədə koordinasiya halında həyata keçirirlər. İndiki dəyişən dünyada bu çox vacib amillərdəndir".

Politoloq sözlərinə belə davam edib: "Görüş "Teknofest" festivalına və Müstəqillik Gününə təsadüf edir. Düşünürəm ki, hər iki ölkə üçün vacib məqamlara toxunulacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə