"Azərbaycan festivalın keçirilməsinə çox böyük önəm verir" - DEPUTAT ŞƏRH ETDİ

“Bildiyiniz kimi "TEKNOFEST" festivalı Türkiyədən kənarda, başqa bir ölkədə ilk dəfə keçirilir. Bu möhtəşəm festivalın Azərbaycanda keçirilməsi böyük bir hadisə və dünya ictimaiyyətinə bir mesajdır. Biz əslində bu festivalla qardaşlığımızın nümayişini keçiririk”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı, strateji tərəfdaşlığı imkan verir ki, məhz “TEKNOFEST” festivalı Azərbaycanda keçirilsin: “Azərbaycan da bu festivalın keçirilməsinə çox böyük önəm verir. Türkiyə həmişə öz hərbi sənayesində və digər sahəsindəki yenilikləri Azərbaycanla bölüşüb.”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə birlikdə inkişaf etməyi, güclənməyi qarşılarına məqsəd və hədəf qoyublar: “Bayraktarın özünün də qeyd etdiyi kimi, bu festival həm də gələcək nəsillərdə vətənpərvərlik ruhunu gücləndirəcək, onları həvəsləndirəcək və bəlkədə ölkəmizdə bu sahədə mütəxəssislərin yetişməsinə də böyük bir təkan verəcək. Bu baxımdan “TEXNOFEST”in Azərbaycanda keçirilməsi bizim məqsədlərimizə xidmət edir. Hədəfimiz “TEXNOFEST”in mütəmadi olaraq Azərbaycanda keçirilməsini təmin etməkdir. Ölkəmizdə bu sahədə gənc mütəxəssislərin yetişməsinə, onlara stimul verilməsinə nail olmaqdır. Bu festivalı Azərbaycan ictimaiyyəti böyük sevgi və maraqla qarşıladı və bu gün bu festivalda iştirak etmək üçün bütün regionlardan insanların gəlməsi bu festivala böyük marağın olması deməkdir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə