“Ukraynanın bir parçası Rusiyaya verilməlidir” deyənlər var İDDİA

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissisencer video keçid vasitəsi ilə qatıldığı Davos Forumunda Dondasda “təmas xətti” boyunca sərhədlərin yaradılmasını təklif etməsi Ukrayna prezidenti Vladimir Zelenskinin narazılığına səbəb olub. Uk Zelenski çərşənbə axşamı video müraciətində Henri Kissisenceri kəskin tənqid edərək, onun açıqlamasını 1938-ci ildə beynəlxalq aləmin nasist Almaniyanı sakitləşməyə cəhd etməsi ilə müqayisə edib: “Gəlin onların maraqlarını nəzərə alaq” deyən var.

Minlərlə rus raketlərinin Ukraynanı vurmasına, on minlərlə ukraynalının həlak olmasına, Buça və Mariupol şəhərlərində qətliamların törədilməsinə, kənd və qəsəbələrin, şəhərlərin dağıdılmasına, Rusiya tərəfindən tikilən “süzgəc düşərgələrinə” baxmayaraq bizim güzəştə getməyimizin istənilməsi qeyr-insani istəkdir. Rusiya hərbi maşını Ukraynada insanları kütləvi şəkildə öldürür, dinc insanlara işgəncələr verir, alçaldır, qadınları, körpə qızları zorlayır, evləri qarət edirlər. Bu vəhşilikləri Rusiya Avropanın hansısa ölkəsində deyil, Ukraynada törədir. Bunun fonunda Davosda cənab Kissincer deyir ki, Ukraynanın bir parçası Rusiyaya verilməlidir”.

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissisencer Davos Formunda çıxışı zamanı bildirib ki, Ukrayna və müttəfiqləri Ukrayna - Rusiya müharibəsini asanlıqla aradan qaldıra bilməyəcəklər. Təlatümlərin və gərginliyin daha da dərinləşməsinin qarşısının alınması üçün yaxın iki ay ərzində danışıqlara başlamaq və Dondasda “təmas xətti ” boyunca sərhədlərin yaradılmasına nail olmaq lazımdır.

Hüseynəli RƏHİMZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə