Zəfər çalan Azərbaycan inkişaf yolundadır FOTOLAR

YAP Yasamal rayon təşkilatının "Əsəd Əhmədov küçəsi 2" ünvanında (308 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatının üzvləri ilə iclas keçirilib. İclasda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, ərazi ilk partiya təşkilatının sədri Təranə Məmmədova və əməkdaşlar iştirak etmişlər. İclası giriş sözü ilə "Əsəd Əhmədov küçəsi 2" ünvanında (308 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatının sədri Təranə Məmmədova açaraq bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi müasir dövrümüzün ən əhəmiyyətli hadisəsi olmuşdur. Çıxışına davam edən T.Məmmədova bildirib ki, Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atılır.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə çıxış edərək, dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, İkinci Qarabağ savaşının cəmi 44 günə qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsində mümkün olub. Bundan əlavə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Cənab Prezidentimiz İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqeyini yüksəltməsi göz önündədir. Sonra isə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu istiqamətdə Yeni Azərbaycan Partiyası, yerli təşkilatları və ərazi ilk partiya təşkilatlarının fəaliyyəti də çox əhəmiyyətlidir. İclasın sonunda "Əsəd Əhmədov küçəsi 2" ünvanında yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.

Sonda xatirə şəkli çəkilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə