Tərtərdə Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

Tərtərdə Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

26 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının qərargahında YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov açdı, tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar məruzə ilə çıxış etdi. O, 28 May Müstəqillik Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində dövlət quruculuğu, qanunçuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin uzun tarixi müddətdən sonra bərpasından danışdı. E.Əsədov göstərdi ki, 28 aprel 1920-ci ildə Rusiya imperisyasının kobud müdaxiləsindən sonra öz dövlətçilik müstəqilliyini itirən Azərbaycan sonrakı 71 il ərzində Sovetlər Birliyinin tərkibində fəaliyyət göstərmişdir. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra yenidən müstəqillik əldə etmək şanısını o dövrdəki Respublika rəhbərliyinin səriştəsiz və bacarıqsızlıqları ucbatından yenidən itirmək təhlükəsi yarandığından 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi nüfuz və bacarığı sayəsində bu günkü Azərbaycanın təməli qoyuldu. Azərbaycan daxili çarpışmalardan, kürsü davasından, parçalanmadan, bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsindən qurtuldu. Qısa zaman ərzində Azərbaycan dövlətinin hər tərəfli inkişafını təmin edəcək tədbirlər görüldü. Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətdir.

Tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “ Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” na əsasən mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18- i Müstəqilliyin Bərpası Günü elan edilib.

Xalqımız özünün müstəqillik ruhunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə yaşadır. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, işğaldan azad olunmuş torpaqların bərpası və keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaları istiqamətində böyük işlər görülür. Bu gün biz ulu babalarımızın ruhu qarşısında onların müstəqillik arzusunu reallaşdırdığımızı fəxrlə deyə bilərik.

Tədbirdə çıxış edən Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova , Tərtər rayon Azad Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Mehriban Hüseynzadə, İrəvanlı kənd ərazi partiya təşkilatının sədri Bəxtiyar Cəfərov, Tərtər rayon Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Emin Pənahov, Tərtər şəhər İƏD ərazi partiya təşkilatının sədri Sahib Həsənov və Kəngərli kənd körpələr evi uşaq bağçasının müdiri Semnarə Hüseynova çıxış edərək 28 May Müstəqillik Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunduğundan və bundan sonra da uzun illər qeyd olunacağından danışdılar.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə