Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb - FOTOLAR

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini İran Prezidentinə Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...