Paytaxtda daha bir mərkəzin açılışı oldu FOTOLAR

Qeyri-neft sektorunun davamlı inkişafı son illər texnika və texnoloji avadanlıqların aktuallığını, onlara tələbatı artırıb. Bu tələbata uyğun olaraq ən müasir avadanlıqların ölkəmizə "ayaq açması" biznes əməkdaşlığının, inkişafın göstəricisi olmaqla yanaşı, həm də sahibkarlara yaradılan şəraitin təzahürüdür. Olaylar.az bildirir ki, bu günlərdə paytaxtda "Altus Engineering Company" MMC-nin ən müasir, keyfiyyətli elektronika, istilik sistemləri məhsullarından ibarət şouroom mərkəzi açılıb. Türkiyə istehsalı olan avadanlıqların sərgiləndiyi brendlərin təmsilçiliyinin açılışında, həmçinin yapon məişət avadanlıqları da şouroom mərkəzdə yer alıb. Azərbaycanın tanınmış şirkətlərindən olan "Altus Engineering Company" MMC-yə məxsus şouroom Nərimanov rayonu ərazisində paytaxt sakinlərinin ixtiyarına verilib. Əhalinin marağına səbəb olan açılışa tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları, iş adamları qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə