Brüssel görüşü ərəfəsində bu qüvvələrin fəallığı daha da artdı - EKSPERT DANIŞDI

“Ermənistanda revanşist qüvvələrin fəallaşması Azərbaycan-Ermənistan sülh müqaviləsinin gündəmdə olması ilə bağlıdır. Bu proses Brüssel görüşündən əvvəl başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Brüssel görüşü ərəfəsində və ondan sonra isə bu qüvvələrin fəallığı daha da artıb: “Burada məqsəd Paşinyan hakimiyyətinə təsir etməkdir. Onlar hesab edirlər ki, bununla hakimiyyətə gələ bilərlər. 1998-ci il hadisələri ilə eynilik təşkil edir. Onlar düşünürlər ki, bu cür fəallıqlarla öz istəklərinə nail ola biləcəklər. Müharibədən sonra Paşinyanın yenidən seçilməsi də problemlərə səbəb oldu.

Ermənistandakı revanşist qüvvələr əllərindən gələni edirlər ki, Qarabağ məsələsi gündəmdən çıxmasın. Uzun illər işğaldan öncə, işğal və işğaldan sonrakı dövrdə baş verən proseslər hazırda küçədə olanların əsas mövcudluq səbəbi idi. Hazırda bu məsəlinin sıradan çıxması Ermənistanın siyasi arxitekturasının dəyişməsilə nəticələnə bilər.
Revanşistlərin fəallaşması o cümlədən Azərbaycana doğru separatçılıq qüvvələrinin də fəallaşması eyni mərkəzdən idarə edilir. Məhz sülh müqaviləsinə qarşı olan məsələlər sırf Rusiya daxilindəki ermənilərin də oyunu hesab edilə bilər. Sülh müqaviləsinin qaçınılmaz olduğunu Rusiya da başa düşür. Amma istəkləri burada vasitəçi olaraq fəaliyyət göstərmələridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə