Finlyandiya və İsveç NATO-ya daxil olmaq üçün Türkiyədən asılıdırlar ANALİTİK+AKTUAL

Hətta Vaşinqton öz maraqlarını təmin etmək üçün Ankaranın ayağına düşə bilər

Finlyandiya və İsveç NATO-ya üzv olmaq üçün qəti qərarlarını veriblər. Və bu gün bir çoxlarını bu kimi sual düşündürür: nəyə görə məhz indi? İki Skandinav ölkəsinin şimal hərbi alyansına qoşulmasının əsas səbəbləri Rusiyadırmı? Yaxud, bu məsələnin növbəti müharibəyə doğru inkişaf etməsi nə qədər real görünür?

Əslində həm Finlyandiyanın, həm də Finlyandiyanın NATO-ya üzv olma mümkünlükləri barədə söhbətlər çoxdan gedirdi. Lakin Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra həmin mövzu aktuallığının ikinci fazasına keçid aldı və siyasi günmədnə ən çox müzakirə obyektinə çevrildi. Onu da xatırlada bilərik ki, Ukraynada müharibənin başlamasına az müddət qalmışa qədər Rusiya NATO-ya təhlükəsizlik sazişi imzalamağı təklif edirdi. Lakin həmin ərəfədə alyansın baş katibi Yens Stoltenberq anidən bəyan etdi ki, rəhbərlik etdiyi qurum Finlyandiya ilə İsveçi öz aralarında görməkdən şad olardı. Ancaq skandinavlar da qərarlarını tələsik verməyə hazır deyildilər. Misal üçün, həmin ərəfələrdə Finlyandiyanın xarici işlər naziri Pekka Xaavisto açıq şəkildə bəyan etdi ki, onun ölkəsi hələlik NATO-ya üzv olmağı planlaşdırmır. Üstəlik, Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bəyan etdi ki, Rusiyanın Finlyanndiya ilə tarixi dostluq münasibətləri formalaşıb. Lavrov Stoltenberqin ifadələrini qonşularına və Rusiyaya təzyiq cəhdi kimi qiymətləndirib.

Məhz Ukraynada başlayan mühabirə böhranından sonra mövzu ətrafındakı müzakirə yeni səviyyəyə çıxdı. Artıq indi həm finlər, həm də isveçlər NATO-ya daxil olmaq üzrədirlər. Belə ki, ötən ay Britaniyanın “The Times” nəşrinin yazdığına görə, Finlyandiya ilə İsveç artıq yay aylarında NATO-nun üzvü olacaqlar. Bu ölkələrin XİN rəhbərləri proqnozu təsdiq etməsələr də, inkar da etmirdilər, hətta bu addımın realizəsini də istisna etməyərək mümkünlüyünü müxtəlif diplomatik tərzləri ilə nümayiş etdirirdilər. Görünür, bu vasitələrlə həm Helsinki, həm də Stikholm NATO-nun digər üzv ölkələrinin də reaksiyalarını yoxlamağa qərar vermişdilər. Misal üçün, birdən kimsə boykot edər və plan realizə olunmamış qala bilər, məsələn, Türkiyəni götürək...

Artıq məlumdur ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkələrin NATO-ya üzv olunmasına qarşı çıxış edir və haqlı olaraq etirazını həmin ölkələrin PKK terror təşkilatı ilə münasbətlər saxlaması ilə əsaslandırır. Əgər Türkiyə NATO-nun ən güclü ölkəsi kimi etiraz edərsə nə Finlyandiya, nə də İsveç Türkiyəyə qarı yanlış siyasət aparmalarına görə ciddi siyasi məğlubiyyətə uğrayaqlar. Çünki Ankara dəfələrlə (!) Helsinkiyə və əsasən də Stiokholma öz hiddətli etirazlarını bəyan etmişdi. Eşitmədiər və bu gün öz yanlış siyasətlərinin altını çəkməklə üz-üzə qalıblar.

Təbii ki skandinavlar Rusiyanın da münasibətindən agah olmalarına rəğmən, yenə də oni yoxlamağa qərar veriblər. Gözlənilən də baş verib – Kreml qonşularının bu addımlarından kifayət qədər narazı olduğunu bəyan etdi. Hətta bir neçə gün əvvəl bəyan olundu ki, Finlyandiya ikitərəfli münasibətlərə zərbə vurur və Rusiya “hərbi-texniki ölçülər” götürməli olacaq. Amma Rusiyanın sərt bəyanatları skandinavları qorxutmadı, nə qədər ki, Türkiyənin etirazı onları daha çox təlaşlandırır!

Bəs proseslər haraya doğru inkişaf edir? Məsələ həm də ondadır ki, NATO-ya yeni üzvlər qəbul olunarsa Rusiya şimal-qərb sərhədləri boyu hərbi diqqətini daha da artırmağa başlayacaq. Bu isə hərbi xərclərin artması deməkdir. O cümlədən, Finlyandiya ilə İsveçin NATO-ya üzvlükləri ABŞ-ın həmin ölkələrin ərazilərinə öz kontingentini göndərməsinə, raketlərini yerləşdirməsinə imkanlar yaradacaq.

İndi əsas söz sahibi kimi yenə də Türkiyə qalmaqdadır. Əgər Ankara bu qərara qarşı çıxarsa, bu zaman Rusiya da qazanmış olur. Ona görə də təkcə Finlyandiya ilə İsveçin NATO-ya üzv olmaq istəkləri başda ABŞ olmaqla, Rusiyanın da siyasi mənada ondan asılı vəziyyətə düşməsinə şərait yaradır və Ankara bu situasiyadan istifadə etməklə öz siyasi və strateji maraqlarının tam təmin olunmasını həyata keçirmək şansını qazana bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə