İsveçin noyabrda Braziliyada keçiriləcək COP30 iqlim sammitinə hökumət üzvlərindən heç birini göndərməyəcəyi məlum olduqdan sonra keçmiş xarici işlər naziri Marqot Vallström iqlim naziri Romina Purmuhtarini kəskin tənqid edib. SİA xəbər verir ki, nümayəndə heyətinə iqlim səfiri Mattias Frumeri rəhbərlik edəcək.
Keçmiş nazir bunu Purmuhtarinin hərəkətsiz səlahiyyət müddətinin “faciəvi sonu” adlandırıb və Stokholmun belə bir mühüm beynəlxalq tədbirdə təmsil olunmalı olduğunu bildirib.
Öz növbəsində, hamilə olan hazırkı nazir Zika virusuna yoluxma riski səbəbindən xaricə səyahət edə bilməyəcəyini və Ümumdünya Səhiyyə Təşkilatının və həkimlərin tövsiyələrinə əməl etdiyini vurğulayıb.
Liberalların lideri Simona Mohamsson Purmuhtarini müdafiə edərək, nazirlərin ailə həyatını dövlət qulluğu ilə birləşdirmək hüququna malik olduğunu qeyd edib.
Lakin M.Vallström nazirin səfəri hökumətin başqa bir üzvünə həvalə etməli olduğunu israr edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    
.jpg)
.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB