ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi siyasi karyerasını noyabrın 4-də başa vura bilər. SİA xəbər verir ki, bu haqda “NBC” telekanalı Konqresdəki və Kaliforniya ştatındakı mənbələrə istinadən xəbər verir.
Məlumatlara görə, 85 yaşlı Pelosi təxminən 40 ildir təmsil etdiyi San-Fransiskodan gələn il Nümayəndələr Palatasına yenidən seçilməkdən imtina edə bilər. O, bu qərarı noyabrın 4-də yenidən bölüşdürmə təşəbbüsü ilə bağlı səsvermədən sonra elan edə bilər.
ABŞ Demokratik Partiyası 2026-cı il aralıq Konqres seçkilərində əlavə yerlər qazanmağa ümid etdikləri üçün bu cür islahatların tərəfdarıdır. Pelosinin mətbuat katibi Yan Krager keçmiş spikerin Nümayəndələr Palatasına yenidən seçilmək niyyətində olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib. O vurğulayıb ki, siyasətçi hazırda bütün diqqətini yenidən bölüşdürmə təşəbbüsünün təşviqi kampaniyasına cəmləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB