Bu tədbiri keçirməklə məqsədlərə tezliklə nail olacağıq - ŞƏRH EDİLDİ

"Şuşada keçirilən “Xarıbülbül” festivalının çox böyük əhəmiyyəti var. Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin ifşasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu baxımdan belə tədbirlər çox əhəmiyyətlidir: "Ayrı-ayrı dövlətlərdən xarici qonaqlar gələrək bu tədbirlərdə iştirak edirlər. Onlar ermənilərin törətdikləri vəhşiliklərlə tanış olurlar.

Burada biz eyni zamanda Azərbaycan musiqisini, mədəniyyətini dünyaya çatdırırıq".

Deputat sözlərinə belə davam edib: "Əlbəttə bu, həm cənab Prezidentin, həm də birinci vitse-prezident Mehriban xanımın Azərbaycan mədəniyyətinə, milli dəyərlərinə verdiyi və göstərdiyi dəyərin, qiymətin göstəricisidir. Hesab edirəm ki, biz bu tədbiri keçirməklə həm də qarşımıza qoyduğumuz hədəflərə, həm də məqsədlərə tezliklə nail olacağıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə