Qərbin qərəzli dairələri Azərbaycan-Türkiyə tandemi qarşısında acizdirlər! SİYASİ RAKURS+AKTUAL
Hikmət Hacıyev: “Ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir"
Artıq kifayət qədər məlumdur ki, Azərbaycana qarşı qərəzli və şər-böhtan xarakterli münasibətlərin əksər çoxluğu bir sıra Qərb siyasi dairələrindən, habelə onlarla iş birliyində olan erməni lobbisi tərəfindən yönəldilir. Belə münasibətlər əlbəttə ki, nəticəsiz qalır, yaxud Azərbaycana qarşı işlədilən bənzər mexanizmlər sadəcə işlək vəziyyətə düşə bilmir. Bunun isə əsas faktoru ölkəmizdə aparılan müstəqil və qətiyyətli siyasət reallığıdır. Əbəs deyil ki, sözdə “demokratiya”, “söz və ifadə azadlığı” və s. tipli saxta oyunbazlıqları ilə hərəkətə keçməyə çalışan bəlli Qərb institutları sözdən əmələ gələndə nə demokratiya, nə də digər məqamlara ümumiyyətlə, etina göstərmirlər. Biz təkcə Qərb ölkələrində cərəyan edən siyasi proseslərdə, sosial narazılıqlarda bütün bunları müşahidə edirik. Eləcə də kütləvi xalq etirazları fonunda polis zorakılıqlarından tutmuş digər nüasnlara qədər insan haqları və hüquqlarının pozulmaları faktlarını da buraya əlavə edə bilərik.
Qərbin yanlış yanaşması tərzi - bütün tərəfləri dinləmək üçün bərabər imkanlar təqdim etməli olan müxtəlif platformalar çox vaxt əks fikri inkar edir
Gəlin Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən, əslində isə cavab haqqı tanımayan, həmçinin söz və ifadə azadlığını kobudcasına öozan bəzi beynəlxalq təşkilatların adlarını xatırladaq. Misal üçün, xatırlada bilərik ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb. Hesabatda vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək hər zaman çətin olub və 2021-ci ildə də bu şəkildə davam edib. Eyni zamanda bildirilib ki, 2021-ci ildə “Forbes” “Columbia Journalism Review”, “Institute for the Study of Human Rights”, “New Lines Institute for Strategy and Policy”, “Responsible Statecraft” kimi təşkilatlar Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirərək ekspertlərin Azərbaycana dair əsassız ittihamlara dair cavab yazılarını dərc etməkdən imtina ediblər.

SİTAT: “Bütün tərəfləri dinləmək üçün bərabər imkanlar təqdim etməli olan müxtəlif platformalar çox vaxt əks fikri inkar edir. Belə ki, Azərbaycanın mövqeyinə dözümsüzlük nümayiş etdirən qurumlar bir tərəfdən demokratik dəyərlərin müdafiəçisi olduqlarını iddia edir, digər tərəfdən isə regionla bağlı əsassız iddiaların, düzgün olmayan ifadələrin və təhrifli fikirlərin səsləndirilməsini təşviq edirlər. 30 ilə yaxın müddət ərzində bəzi Qərb şərhçiləri “balanslı yanaşma” oyunu oynamaqla işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan təcavüzkarla, bir milyona yaxın qaçqın və məcburi köçkünlə üzləşən, etnik təmizləməyə məruz qalan ölkəyə eyni səviyyədə yanaşırlar”.
Hesabatda bu qərəzli yanaşmanın Qərb ölkələrində liberal dairələrin ermənilərə rəğbəti və gizli xristian həmrəyliyi, ya da xristian klubu konteksti çərçivəsindəki yanaşma səbəbindən baş verə biləcəyi qeyd olunub.
Prezidentin köməkçisi: “"Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik”
Bu arada, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında mövzu ilə bağlı bir neçə mühüm məqamlara toxunmaqla əsl gerçəkliyi vurğulayıb. "Təəssüflər olsun ki, ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir", deyə qeyd edən Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb: "Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".
Belə bir sarsılmazlıq gerçəkliyi qarşıdakı illərdə də qərəzli, şər-böhtançı Qərb strukturlarının ayaq açmasına imkan verməyəcək!
Beləliklə, biz buradan daha bir real və məntiqi nəticəni də çıxara bilərik. Bu gün Azərbaycanla Türkiyə iki müttəfiq və qardaş ölkələr olmaqla regional siyasətdə paralel addımlar atır, həmçinin beynəlxalq platformalarda sarsılmaz, qarşılıqlı dəstəklər göstərirlər. Əgər bu gün Azərbaycana qarşı təzyiqlərə cəhdlər olursa belə təzyiqlər Türkiyəyə qarşı da göstərilir və bütün bunların öhdəsindən yalnız vahid qardaşlıq faktoru uğurla gəlməyi bacarır.

Yəni bənzər Qərb siyasi institutları Türkiyəyə qarşı də davamlı qərəzlər nümayiş etdirirlər və Türkiyənin ölkə rəhbərliyinin qətiyyəti həmin qərəzlərin ayaq açıb yürüməsinə imkan vermir. Bunlar isə birgə çalışmağın, birə qardaşlığın məntiqi nəticəsidir ki, Hikmət Hacıyev həmin məqama özəlliklə toxunub və diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədalətin dünyaya çatdırmış olduğunu qeyd edib.
Nəticədə isə biz əminliklə qeyd edə bilərik ki, belə bir sarsılmazlıq gerçəkliyi qarşıdakı illərdə də qərəzli, şər-böhtançı Qərb strukturlarının ayaq açmasına imkan verməyəcək və yalnız Azərbaycan deyil, həmçinin Türkiyə də qətiyyətli siyasət həyata keçirməklə istər regional, istərsə də qlobal dünyanın siyasi-iqtisadi fonunda uğurlarını qazanmağa davam edəcəklər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB