“Xarici qüvvələrin məkrli istəklərinin reallaşmasına imkan verilməyəcək” AÇIQLAMA
“İndiki dünyada güc sahibi olan bəzi dövlətlər, ayrı-ayrı qeyri-dövlət qurumları dünyanın müxtəlif bölgələrində maraqlarını təmin etmək, təsir rıçaqlarını gücləndirmək savaşındadırlar. Bölgələrdə, regionlarda bu geopolitik savaşdan öz çıxarları və dünyada söz sahibi olmaları üçün maksimum yararlanmağa can atırlar”. “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan bölgədə söz sahibi olan dövlətdir: “Xüsusilə İkinci Dünya Müharibəsindən sonra ən uğurlu hərbi əməliyyatlara imza ataraq dünyanın diqqətini özünə cəlb etməsi, bu bölgədə maraqlarını qoruyub-saxlamaq istəyən qüvvələri tədirgin edir. O zaman istəklərini reallaşdırmaq üçün ölkə daxilində siyasi dəllallar ən yaxşı vasitədir. Milyonlar xərcləyib milyardlar qazanan qeyri-dövlət qurumları da, klanlaşmış qara biznesçilər də bölgədəki nüfuzlarını itirməmək üçün işimizdəki belə pul, mal dövlət düşkünlərindən məharətlə istifadə edirlər. Bu, təkcə Azərbaycana qarsı deyil, inkişaf etməkdə olan əksər dövlətlərə qarsı aparılan gizli oyunların tərkib hissəsidir. Nə yazıqlar ki, digər xalqlarda olduğu kimi bizim də xalqın içində şərəfini, mənliyini dünya malına satmağa hazır olan mənşəyi naməlum adamlar var və onlardan bu və digər formada istifadə edirlər. Əminəm ki, xalqımızın mütləq əksəriyyətinin milli və dövlətçilik maraqları ətrafında sıx birləşməsi və dəmir yumruğun daha da möhkəmlənməsi nəticəsində xalq olaraq xarici qüvvələrin məkrli istəklərinin reallaşmasına imkan verilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB