“İşğaldan azad olunmuş ərazilər ən müasir infrastrukturla təmin olunur. Qısa zaman kəsiyində yüksəkgərginlikli xətlər çəkilmiş, işğaldan azad olunmuş ərazilər ümumi elektrik şəbəkəsi ilə əlaqələndirilmişdir. O cümlədən, bu ərazilərdə müasir yarımstansiyalar, alternativ enerji stansiyaları tikilir və həmin ərazilərin dayanıqlı enerji təminatı təşkil olunur, həm də ümumi şəbəkəyə əlavə güclər qoşaraq ixrac potensialımız artırılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan və bərpa olunan yaşayış məntəqələrində Rəqəmsal İdrəetmə Mərkəzləri tikilib istifadəyə verilir ki, bu da elektrik enerji təminatını müasir şəkildə təminatına imkan yaradır: “O cümlədən cənab Prezident 10 mayda Şuşa şəhərində növbəti Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etmişdir. İstifadəyə verilən bu Rəqəmsal İdarəetmə Mərkəzində ilk dəfə olaraq yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunmuşdur”.
Deputat sözlərinə belə davam edib: “Rəqəmsal İdarəetmə Mərkəzi Şuşanı elektrik enerjisi ilə daha az işçi qüvvəsi istifadə edilməklə daha keyfiyyətli təminatına imkan verir. Bütün proseslər elektronlaşdırılmışdır. Hətta nəql olunan enerji xətlərin vəziyyətini son istehlak nöqtəsinə qədər nəzarət etməsinə imkan verir. Yəni, elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə 1,5 il ərzində görülən işlərin genişliyi və keyfiyyəti dövlətimizin iqtisadi gücünün göstəricisidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB